QR CodeQR Code

Fransalı hərbi agentlər Suriya üsyançıları ilə görüşüblər

İslamtimes , 8 Dec 2012 19:18

İslamtimes - Fransalı hərbi agentlər xüsusi silah avadanlıqlarını Suirya daxilindəki üsyançılara vermək üçün onlarla üz-üzə görüşüblər.


islamtimes.org/az/ - Cümə günü dərc edilən Fransanın Le Figaro qəzetinin verdiyi məlumata əsasən Fransa ordu məsləhətçiləri vəziyyəti aydınlaşdırmaq üçün Suiryaya göndəriliblər.

Qəzetdə deyilir ki, səfərdən əsas məqsəd Dəməşqdə quru döyüşlərinə kimin rəhbərlik etməsini öyrənməkdir.

Görüş keçən ay baş verib və adının açıqlanmadığı Fransa ordusunudakı mənbə bu məlumatı təsdiq etmiş və bildirimişdir ki, Fransa hökuməti hər qrupunun əməliyyat bacarıqlarını və onların siyasi durumlarını öyrənmək istəyir.

Məlumatda əlavə edilərk deyilir ki, ABŞ və Britaniya agentləri də bu yaxınlarda Suriya daxilində üsyançılar ilə görüşlər keçiriblər.

Fransa 13 noyabrda Suriya müxalifət koalisiyasını tanıyan ilk Avropa ölkəsi oldu.

Fransa hökuməti deyib ki, o Suriya prezidenti Bəşər Əsədə qarşı döyüşən üsyançıları silahla təmin emtək məsələsinə baxacaq.


Story Code: 219281

News Link :
https://www.islamtimes.org/az/news/219281/fransalı-hərbi-agentlər-suriya-üsyançıları-ilə-görüşüblər

Islam Times
  https://www.islamtimes.org